Baki Tbilisi Qars Dəmiryolu Xəttinin Azərbaycan Və Regionun Geoiqtisadiyyatina Təsiri (The Baku-Tbilisi-Kars Rail Road and Its Geopolitical Implications Azerbaijan and This Region)
Azerbaijani Abstract: BTQ dəmir yolu xətti ilk baxışdan regional layihə kimi qəbul edilsədə əslində dünyanın qlobal əhəmiyyətə malik layihələrindən sayılabilər.Azərbaycan Uzaq Şərq və Qərbi Avropanı birləşdirən İpək Yolu üzərində açar rol oynayır.BTQ layihəsi yalnız nəqliyyat daşımalarıyla yanaşı regiona sabitlik, hər üç ölkəyə sosial və iqtisadi rifah gətirəcək bir layihədir. BTQ dəmir yolu Azərbaycan üçün siyasi, iqtisadi və strateji layihə deməkdir. Layihə həmçinin Azərbaycanın bölgədəki siyasi mövqeyini gücləndirəcək və tranzit nəqliyyat mərkəzinə çevriləcək. Bununla yanaşı, yeni tankerlər, yük gəmilərinin alınması, sərnişinlərin modernləşdirilməsi və genişləndirilməsi üçün daha çox investisiyalar tələb olunur. Layihəni səmərəli istifadə etmək üçün, optimal marketinq və təşviq strategiyası yaratmaq, qonşu ölkələr arasında səyahət prosedurları sadələşdirmək, yük və sərnişinlərin tariflərini müəyyənləşdirmək, limanlar və marşrutları modernləşdirmək lazımdır. Azərbaycan və layihəyə qoşulmuş bütün ölkələr Xəzər dənizini Araliq dəniz ilə birləşdirən logistika və turizm potensialının artması ilə fayda əldə edəcəklər. BTQ, beynəlxalq logistika üçün təhlükəsiz, etibarlı, intensiv, davamlı, vaxtında və uyğun qiymətlər baxımından əhəmiyyətli olan həm limanları, həm də intermodal konteynerlər vasitəsilə yüklərin çatdırılması və ölkələr arasında güclü iqtisadi əlaqələr quracaqdır